Lotereya şərtləri


‘‘Ürəkli ol, Ürəklə al’’ tirajlı stimullaşdırıcı Lotereya ilə 2020 ədəd uduşdan biri sənin ola bilər!  
Lotereyanın uduş fondunda 20 (iyirmi) Vestel Kondisioner, 20 (iyirmi) Vestel soba quraşdırılan, 20 (iyirmi) Vestel bişirmə paneli, 20 (iyirmi) Vestel paltaryuyan, 20 (iyirmi) Samsung TV, 20 (iyirmi) Sony TV, 20 (iyirmi) Vestel soyuducu,  40 (qırx) BOSCH tozsoran, 20 (iyirmi) HP notebook, 20 (iyirmi) Sony PS4, 40 ( qırx) Samsung mobil telefon, 200 (iki yüz) Panasonic ev telefonu, 250 (iki yüz əlli) BOSCH blender, 200 (iki yüz) BOSCH mikser, 200 (iki yüz) Vestel fen, 200 (iki yüz) Vestel saçburan, 100 (yüz) Vestel tərəzi, 100 (yüz) BOSCH ütü, 176 (yüz yetmiş altı) Hascevher qazan, 170 (yüz yetmiş) Hascevher tava, 64 (altmış dörd) BOSCH çaynik, 100 (yüz) BOSCH mətbəx robotu oynanılacaq.

Final 2 L Qarğıdalı və Final 2 L Günəbaxan yağlarının butulkalarının üzərindəki Final logolu qapaqların altındakı 5 simvollu şifrəni yazib Azercell və ya Bakcell nömrələrindən 6625-ə SMS ilə göndərin və anında 3 dəqiqə danışıq dəqiqəsi, bundan əlavə hər həftə oynanılacaq uduş tirajında iştirak haqqı qazanın. Cəmi 8 (səkkiz) tiraj keçiriləcək və 7 (yeddi) tirajın hər birində 250 (iki yüz əlli) uduş, 8-ci tirajda 270 (iki yüz yetmiş) uduş oynanılacaqdır. 1-ci tiraj 27.03.2020, 2-ci tiraj 03.04.2020, 3-cü tiraj 10.04.2020, 4-cü tiraj 17.04.2020, 5-ci tiraj 24.04.2020, 6-cı tiraj 01.05.2020, 7-ci tiraj 08.05.2020, 8-ci tiraj 17.05.2020 tarixlərində keçiriləcək və qaliblər www.urekliolurekleal.az saytında yayımlanacaqdır. 1-ci tirajın əhatə dövrü 16.03.2020-26.03.2020, 2-ci tirajın əhatə dövrü 27.03.2020-02.04.2020, 3-cü tirajın əhatə dövrü 03.04.2020-09.04.2020, 4-cü tirajın əhatə dövrü 10.04.2020- 16.04.2020, 5-ci tirajın əhatə dövrü 17.04.2020-23.04.2020, 6-cı tirajın əhatə dövrü 24.04.2020-30.04.2020, 7-ci tirajın əhatə dövrü 01.05.2020-07.05.2020, 8-ci tirajın əhatə dövrü 08.05.2020-16.05.2020 tarixlərində olacaqdır. Uduş fondunun oynanılması qapaq altındakı 5 simvollu şifrələr əsasında və komputerin xüsusi proqramı (random) vasitəsi ilə təsadüfi seçim nəticəsində həyata keçiriləcəkdir. Hər şifrəli qapaq ilə lotereyada yalnız 1 (bir) iştirak hüququ vardır və sonrakı tirajlarda iştirak edə bilməz. Həmin şifrəli qapaqlar mütləq özünüzdə olmalıdır. Saxlanılan Final 2 L Qarğıdalı və Final 2 L Günəbaxan yağlarının butulkalarının üzərindəki Final logolu qapaqların altında çap olunmuş şifrə hər hansı bir şəkildə zərər görməməli və deformasiyaya məruz qalmamalıdır. Əks təqdirdə qalibin uduşu təslim edilə bilməz. Uduşların verilmə yerləri ilə bağlı məlumat www.urekliolurekleal.az saytında əks olunacaqdır. 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşları könüllü şəkildə Lotereyanın iştirakçısı ola bilərlər. Lotereya müddəti 16.03.2020 saat 08:00-dan 16.05.2020 saat 24:00-dəkdir. Bu müddətdən kənar daxil olan müraciətlər keçərli olmayacaqdır. Lotereyanın Təşkilatçısı: “Sun Food” Məhdud Məsuliyyətli Cəmiyyəti. Ünvan: Bakı şəhəri , Z. Bünyadov pr., 2084-cü məhəllə. 12 N. Lotereya 03 fevral 2020-ci il tarixli 27-00126-2020 qeydiyyat nömrəsinə əsasən təşkil olunmuşdur.

Şərtlərlə daha ətraflı tanış olmaq istəyirsinizsə, tam versiyanı PDF formasında yükləyə bilərsiniz. PDF faylı yüklə